image-3-4backend

AHİK sədri Pan Avropa Regional Şurası İcraiyyə Komitəsinin onlayn keçirilən iclasında iştirak və çıxış edib

image-reklam_sirab_01

Oktyabrın 4-də Belçikanın paytaxtı Bürüssel şəhərində Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının (BHİK) Pan Avropa Regional Şurası (PARŞ) İcraiyyə Komitəsinin onlayn formatda XVI iclası keçirilib.

 

İclasda PARŞ-nin prezidenti İrakli Petriaşvili, icra katibi Anton Leppik, PARŞ-nin və Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luka Visentini, BHİK-nın baş katibi Şeron Barrou, baş katibin müavini Ouen Tüdor və digər şəxslər iştirak ediblər.

 

Tədbirdə region ölkələrində COVID-19 virusu ilə bağlı yaranmış vəziyyət, vaksinasiya prosesinin gedişi, həmçinin BHİK-nın fəaliyyətinin əsas məqamları və digər vacib məsələlərdən danışılıb, hesabatlar dinlənilib.

 

Konfransda onlayın qaydada iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, BHİK-nın vitse-prezidenti,  PARŞ-nin vitse-prezidenti Səttar Möhbalıyev çıxışında öncə COVID-19 virusunun törətdiyi fəsadlardan, yaratdığı qlobal sosial-iqtisadi və humanitar təhlükələrdən bəhs edib.

 

Onun sözlərinə görə, dünyanın aparıcı ölkələri pandemiyanın yaratdığı çətinliklərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlər görə bilmədilər və bu səbəbdən də böyük zərərlərlə qarşılaşdılar. Azərbaycan isə dünyanın bir neçə dövlətindən biridir ki, pandemiya ilə mübarizədə gördüyü qabaqlayıcı tədbirlər sayəsində yaranmış vəziyyətdən ən az itki ilə çıxmağı bacardı: “Azərbaycan ilk günlərindən pandemiyanın təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2,7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib, məşğulluğa, sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb. Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənilib, həmçinin 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığı təmin edilib. Aztəminatlı işsiz şəxslərə aylıq 190 manat birdəfəlik ödəmə proqramı icra edilib, 90 min ödənişli ictimai iş yerləri yaradılıb, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailəyə kiçik təsərrüfatlarını qurmasına şərait yaradılıb, 85 min ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə, 100 minədək aztəminatlı ailə ərzaq yardımı ilə, 20 minədək şəxs işsizlikdən sığorta ödənişi ilə əhatə olunub. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödənilib və buna da 40 milyon manat xərclənib. Özəl sektorda pandemiyadan zərərçəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyi göstərilib”.

 

 

 

Sədr həmçinin qeyd edib ki, Azərbaycan pandemiya ilə bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərib. Sədr ölkəmizin koronavirusa qarşı vaksinasiyaya başlayan ilk ölkələrdən biri olduğunu bildirib və vurğulayıb ki, pandemiyaya qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılmasına yalnız həmrəylik və birgə səylər sayəsində nail olmaq olar.

 

Bu məqsədlə Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində beynəlxalq təşəbbüslərini sadalayan S.Möhbalıyev həmçinin əlavə edib ki, postpandemiya dövründə bizim əsas prioritetlərimiz iqtisadi inkişafı, iqtisadi və maliyyə sabitliyini təmin etmək, sağlam və rəqabətqabiliyyətli insan kapitalını daha da inkişaf etdirmək, dayanıqlı iş yerləri yaratmaq və iqtisadi fəaliyyətin yeni sahələrini inkişaf etdirməkdir.

 

Azərbaycan həmkarlar ittifaqlarının pandemiya ilə mübarizəyə verdiyi töhfələdən də söz açan sədr əlavə edib ki, AHİK və onun tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 98,507 aztəminatlı ailəyə 3,925,985 manat, 92 254 həmkarlar ittifaqları üzvlərinə 6 500 762 manat yardım göstərib. Ümumilikdə isə pandemiya dövründə bu məqsədlər üçün 13 314 318 manat vəsait xərclənib.

 

S.Möhbalıyev koronovirusun qarşısının alınması, görülən tədbirlərin effektivliyinin təmin olunması üçün sosial dialoq və üçtərəfli danışıqlar vasitəsilə etibar mühitin formalaşmasının zəruriliyini vacib hesab edib. O qeyd edib ki, böhrandan sonra dayanıqlı iş modeli yalnız dövlətlə tərəfdaşlığa əsas­lanacaq, həmçinin AHİK Azərbaycan da daxil olmaqla ölkələrin qarşısına qoyulan Dayanıqlı İnkişaf Məqsədlərinin layiqincə həyata keçirilməsini zəruriliyini önə çəkib.

 

S.Möhbalıyev sonda BHİK-nın müzakirə olunan mövzu ilə əlaqədar gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib və bu addımların AHİK tərəfindən dəstəkləndiyini deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki