image-jozep_borrellbackend

Aİ Ermənistanda daha uzunmüddətli missiyaya malik olacaq – Jozep Borrell

image-reklam_sirab_01

Avropa İttifaqı Şurası Ermənistan rəhbərliyi ilə razılaşmaya uyğun olaraq, Aİ-nin Gürcüstanda fəaliyyət göstərən monitorinq missiyasından Ermənistana keçidə dəstək qrupunun göndərilməsi barədə qərar qəbul edib.

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Jozep Borrell bildirib.

“40 avropalı monitorinq ekspertinin yerləşdirilməsi öz effektivliyini sübut etdi və qeyri-sabit vəziyyətdə etimadın formalaşmasına töhfə verdi. Bu gün biz Avropa İttifaqının Cənubi Qafqazda iştirakının yeni mərhələsinə keçid qrupu ilə başlayırıq ki, bu da Aİ-nin Ermənistanda mümkün daha uzunmüddətli missiyası üçün zəmin hazırlayaraq regionda sabit sülhün əsas məqsədinə töhfə verəcək”, – deyə o qeyd edib.

Oktyabrın 6-da Praqada Ermənistan, Azərbaycan, Avropa İttifaqı Şurası və Fransa liderləri arasında keçirilən görüşdə əldə olunmuş razılığın nəticəsi olaraq, oktyabrın 20-də Aİ-nin müşahidəçi qrupları 2022-ci ildə bölgədəki vəziyyəti müşahidə, təhlil etmək və hesabat vermək məqsədi ilə Ermənistan-Azərbaycan sərhədinin Ermənistan hissəsində yerləşdirilib.

Dekabrın 19-da Ermənistanda Aİ-nin müşahidəçi potensialının mandatı başa çatıb.Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki