Dekabrın 1-də Əməkdar jurnalist Akif Təvəkküloğlunun 60 yaşı tamam olur.
Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabrın 1-də İmişli rayonunda anadan olub. Orta məkbəti 1979-cu ildə bitirib, əmək fəaliyyətinə İmişli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində başlayıb. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olub, 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Fəal ictimaiyyətçi olduğuna görə ikinci kursdan fakültənin komsomol təşkilatının katibi olub.
1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışsa da, mətbuata, jurnalistikaya olan meyli və istetadı onu bu sahəyə gətirib. Təməli 1991-ci ildə “Molla Nəsrəddin” jurnalı ilə qoyulan jurnalist karyerası sonradan televiziya ilə davam edib.
2006-cı ilədək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ildə isə Milli Məclisin mətbuat katib təyin edilib. O, bu vəzifədə 2020-ci ilə qədər işləyib. Akif Təvəkküloğlu 2020-ci ildən Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisidir.
Vətəninfo.az saytı adından Akif Təvəkküloğlunu 60 yaşının tamam olması, YUBİLEY GÜNÜ münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, yeni-yeni nailiyyətlər arzulayırıq.