Azərbaycan Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğa müraciəti əsasında dələduzluqda şübhəli bilinən 3 nəfər barəsində
cinayət işi başlanıb.
Ali Məhkəmədən Vətəninfo.az-a verilən xəbərə görə, həmin şəxslər Ali Məhkəmədə baxılan mülki və cinayət işlərini
zərərçəkmişlərin və ya tərəflərin xeyrinə həll edəcəklərini vəd edərək, onların müəyyən məbləğdə pullarını dələduzluq yolu ilə ələ
keçirməkdə ittiham olunurlar.
Faktlarla bağlı 3 nəfər barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müvafiq hissələri ilə cinayət işi başlanıb, 1
nəfər haqqında isə araşdırma aparılır.
Ali Məhkəmə bildirir ki, məhkəmələrin, habelə hakimlərin adından istifadə edərək, qanunsuz əməllərə yol verən şəxslər barəsində
qanunamüvafiq tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.
Eyni zamanda, vətəndaşlara tövsiyə edilir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı yalnız qanunvericiliklə müəyyən olunmuş
qaydada həmin fəaliyyətlə peşəkar şəkildə məşğul olan şəxslərə və ya qurumlara müraciət etsinlər.