image-1backend

Alimpaşa Məmmədov 185 min manat ziyanı ödədi – Mülki iddia ləğv olundu

image-reklam_sirab_01

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Vətəninfo.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə mülki iddiaçı Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi “Abad Şəmkir” və “Şəmkir Səbəti” sahibkarlıq müəssisələrinin üzərində yaranan borc iddialarının ödənildiyi üçün bu müəssisələrdən mülki iddianın və obyektlərin üzərindən həbsin götürülməsini xahiş edib.

Alimpaşa Məmmədovun vəkili Camal Əliyev mülki iddianın geri götürülməsini əsas gətirərək əmlakların üzərinə qoyulmuş həbs qərarının ləğv edilməsini tələb edib.

Məhkəmə vəsatəti təmin etməyib. Hakim deyib ki, bu məsələyə hökmdə hüquqi qiymət veriləcək.

Məhkəmədə bildirilib ki, 500 min manat ümumi borcun 185 min manatı ödənilib. Qalan məbləğin ödənişinin isə aparıldığı bildirilib. Bunun müqabilində girov qoyulması vurğulanıb.

Növbəti məhkəmə prosesi mayın 23-nə təyin olunub.

Alimpaşa Məmmədov 2022-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki