image-9backend

Almaniya 400 min əcnəbi işçini işə götürəcək

image-reklam_sirab_01

Almaniya ildə 400 min əcnəbi işçinin işə götürülməsi üçün hazırlıqlara başlayıb. Vətəninfo.az xəbər verir ki, 7 milyon işçi qıtlığının olduğu təxmin edilən Almaniya, başda Türkiyə olmaqla, AB üzvü olmayan ölkələrdən gələn işçilərə şans verəcək. Bildirilib ki, “Şans kartı” ilə ölkəyə gedəcək namizədlərdən diplom tələb olunmur, alman dilini müəyyən səviyyəyə qədər bilməsi, iki il iş təcrübəsinə malik olması, uyğun yaşda olmaq və Almaniyaya uyğunlaşa biləcəklərini göstərməklə işə sahib ola biləcəklər.
Almaniya hökumətinin yeni qanun layihəsi hazırlanıb və yanvarın sonunda qüvvəyə minməsi gözlənilir. Hətta qeyd olunan işi görmək potensialı olanlar, magistr diplomu olanlar və səyahətçi sertifikatı olanlar da “İş axtarmaq üçün Şans Kartı” ilə Almaniyaya gələ biləcəklər.

Həkimlər, mühəndislər, savadlı və dil bilən müəllimlər, səhiyyə sektorunun digər işçiləri rahatlıqla gələ biləcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki