image-reklam-veteninfo
image-621727eb78dd0621727eb78dd11645684715621727eb78dce621727eb78dcfbackend

Almaniya Kansleri Rusiyanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb

image-reklam-veteninfo

“Rusiyanın Ukraynaya hücumu beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır”.

Veteninfo.az-ın xəbərinə görə, bunu Almaniyanın Kansleri Olaf Şolts “Twitter”də bildirib.

Almaniya Kansleri bu hücumun heç bir əsasının olmadığını bildirib və vurğulayıb ki, Almaniya Prezident Putinin bu ehtiyatsız hərəkətini ən sərt şəkildə pisləyir.

“Biz Ukrayna və onun xalqı ilə həmrəyik. Rusiya bu hərbi əməliyyatı dərhal dayandırmalıdır. G7, NATO və Aİ çərçivəsində biz bu gün yaxın təmasda olacağıq. Bu, Ukrayna üçün dəhşətli, Avropa üçün isə qara gündür”, Almaniya Kansleri qeyd edib.

Kanslerin mətbuat katibi Steffen Hebestreit bildirib ki, Şoltas Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon əlaqəsi saxlayıb və onu əmin edib ki, Almaniya bu çətin zamanda Ukraynanın yanındadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki