image-4backend

Almaniyada 100 tədarükçü avqust ayından qazın qiymətini qaldırıb

image-reklam_sirab_01

Almaniyada elektrik enerjisi və qazın qiyməti artmaqda davam edir.

Veteninfo.az xəbər verir ki, onlayn təklifləri müqayisə edən “Check24” saytının məlumatına görə, avqust ayından etibarən 98 istehlakçı xidmət şirkəti qazın qiymətlərini artırıb.

Üç şirkət qiyməti iki dəfədən çox artırıb. Qazın qiymətində orta hesabla artım 17,3% təşkil edib. Təkcə sentyabr ayında qiymətləri qaldıran qaz təchizatçısı şirkətlərin sayı 50-yə yaxın olub.

Beləliklə, Almaniyada bir ailənin kommunal ödənişləri 263 avro arta bilər. Qiymət artımının əsas səbəbi pandemiya böhranından sonra iqtisadi canlanma ilə əlaqədar qlobal enerji tələbatının artmasıdır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki