image-652a976da1c55backend

Almaniyada yeni vətəndaşlıq qanunu qəbul edilir 

image-reklam_sirab_01

Almaniyada üçtərəfli koalisiya hökuməti yeni vətəndaşlıq qanun layihəsi barədə razılıq əldə edib.

Qanun layihəsi qanun kimi qəbul edilsə ölkədə yaşayan türklərin ikili vətəndaşlığı mümkün olacaq.

Buna görə, Almaniya vətəndaşlığını əldə etmək istəyənlər üçün 8 illik məcburi yaşayış müddəti 5 ilə endiriləcək.

Almaniyada yaşayış şəraitinə uyğunlaşmaq üçün xüsusi səy göstərənlər üçün bu müddət 3 ilə endirilə bilər.

Eyni zamanda, xarici ölkə vətəndaşı olanların Almaniya vətəndaşlığını itirəcəklərini bildirən tənzimləmə də aradan qaldırılacaq.

Valideynlərdən biri Almaniyada 5 il qanuni yaşayıbsa, ölkədə doğulan əcnəbi uşaqlar Almaniya pasportu ala biləcəklər.

Almaniyada doğulan uşaqlar valideynlərinin vətəndaşlığını da saxlamaqla ikili vətəndaşlıq əldə edə biləcəklər.

Qanun layihəsində 30 iyun 1974-cü ildən 13 iyun 1990-cı il tarixləri arasında Almaniyaya gedən “qonaq işçilər” üçün də qaydalar var.

Qanunun yanvarda Bundestaqda müzakirəyə çıxarılacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki