“Vətən müharibəsi şəhidləri ilə bağlı “Vikipediya”da yaradılan məqalələrin silinməsində Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən könüllü qrupların heç bir əlaqəsi yoxdur.” Vətəninfo.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən məlumat verilib.
Açıqlamada qeyd edilir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə bağlı məqalələrin silinməsini düzgün olmayan səhv addım kimi qeyd edir və buna təəssüfləndiyimizi bildiririk.