image-reklam-veteninfo
image-turkbackend

AMEA-da “Türk dövlətlərində koqnitiv dilçiliyin bugünü və gələcəyi” adlı I beynəlxalq simpozium keçirilir

image-reklam-veteninfo

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dövlətlərində koqnitiv dilçiliyin bugünü və gələcəyi” adlı I beynəlxalq simpoziumun açılış mərasimi keçirilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonaqları salamlayaraq simpoziumun elmi əhəmiyyətindən və dilçilik elminin türk dünyasında inkişaf perspektivlərindən bəhs edib. O, Prezident İlham Əliyevin türk dünyasının birliyinin möhkəmləndirilməsi, türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində müəyyən etdiyi strateji xəttə uyğun olaraq, ölkəmizdə bu sahədə çoxsaylı tədbirlərin həyata keçirildiyini söyləyib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, koqnitiv dilçilik bir sıra ölkələrdə geniş tədqiq olunsa da, türk dünyasında bu sahənin inkişafı və elmi potensialının gücləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Bu baxımdan simpoziumun keçirilməsi türk dövlətlərindən olan alimlər arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və koqnitiv dilçilik üzrə birgə tədqiqatların təşviqi baxımından önəmlidir. Tədbirin mühüm təşəbbüslərindən biri də bu sahədə çalışan tədqiqatçıların fəaliyyətini əlaqələndirəcək, türk dövlətlərinin alimlərini bir araya gətirəcək müvafiq elmi qurumun yaradılmasının nəzərdə tutulmasıdır.

AMEA prezidenti belə bir qurumun yaradılmasının türk dövlətlərində koqnitiv dilçiliyin inkişafına, alimlərin səylərinin birləşdirilməsinə və ortaq elmi layihələrin həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

O, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” fikrinin türk dünyasının elmi və mədəni əməkdaşlığı baxımından da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Akademik İsa Həbibbəyli simpoziumun elmi əhəmiyyəti ilə yanaşı, ictimai-siyasi baxımdan da mühüm məna daşıdığını deyərək, tədbirin türk xalqları arasında birliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Sonra Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli çıxış edərək türk xalqlarının ortaq dil və düşüncə irsinin öyrənilməsində koqnitiv dilçiliyin əhəmiyyətini qeyd edib. O, Türk xalqlarının Koqnitiv Dilçilik Mərkəzinin yaradılmasını türk dünyasının intellektual əməkdaşlığının genişləndirilməsi baxımından mühüm təşəbbüs kimi dəyərləndirib.

Professor Nadir Məmmədli bildirib ki, koqnitiv dilçilik dilin qrammatik quruluşu ilə yanaşı, onun arxasında dayanan düşüncə modellərinin, anlayışların formalaşma mexanizmlərinin və dil-mədəniyyət əlaqələrinin öyrənilməsinə imkan yaradır. Bu istiqamətdə tədqiqatlar dilçiliklə yanaşı, fəlsəfə, psixologiya, antropologiya və süni intellekt sahələri üçün də əhəmiyyətlidir.

İnstitut direktoru vurğulayıb ki, mərkəz türk xalqlarının ortaq düşüncə irsinin tədqiqinə, müxtəlif türk dilləri və mədəniyyətləri arasında elmi əlaqələrin inkişafına xidmət etməklə yanaşı, əldə olunan nəticələrin beynəlxalq elmi ictimaiyyətə təqdim olunmasına da töhfə verə bilər.

Dilçilik İnstitutunun şöbə müdiri, professor Mayıl Əsgərov çıxış edərək vurğulayıb ki, koqnitiv və psixolinqvistik yanaşmalar türk dillərində mövcud olan bir sıra məsələlərin daha dərindən öyrənilməsinə, dilin daxili qanunauyğunluqlarının elmi əsaslarla izahına imkan yaradır.

Professor Mayıl Əsgərov bildirib ki, türk xalqları arasında ortaq ünsiyyət dilinin formalaşdırılması məsələsi də elmi müzakirələr baxımından əhəmiyyətlidir: “Yaradılacaq mərkəz türk dillərinin qarşılıqlı zənginləşməsinə, ortaq dil xüsusiyyətlərinin müəyyənləşdirilməsinə və türk dövlətləri arasında mədəni-elmi inteqrasiyanın gücləndirilməsinə töhfə verməlidir”.

Şöbə müdiri əsas məqsədin mərkəzin nizamnaməsində nəzərdə tutulan vəzifələri həyata keçirməklə türk dillərini elmi əsaslarla daha da yaxınlaşdırmaq olduğunu bildirib.

Tədbirdə, həmçinin Türkiyənin Yıldız Teknik Universitetinin prorektoru, professor Vatan Karakaya, Bakı Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Səyavuş Qasımov, Türkiyənin Hacı Bayram Veli Universitetinin xarici əlaqələr üzrə koordinatoru, professor Güljanat Kurmangaliyeva Ercilasun, Əl Farabi adına Qazaxıstan Milli Universitetinin nümayəndəsi, professor Janar İbrayeva, Türkiyənin Ege Universitetinin əməkdaşı, professor İbrahim Şahin, eləcə də Atatürk Universitetinin professoru Süleyman Efendioğlu çıxış ediblər. Natiqlər türk dillərinin öyrənilməsi və inkişafı, koqnitiv dilçilik sahəsində elmi tədqiqatların genişləndirilməsi, türk dövlətləri arasında akademik əməkdaşlığın gücləndirilməsi və ortaq elmi platformaların yaradılmasının əhəmiyyətini vurğulayıblar. Çıxış edənlər simpoziumun türk dünyasında dilçilik tədqiqatlarının yeni istiqamətlərinin müəyyənləşdirilməsi və beynəlxalq elmi əlaqələrin inkişafı baxımından böyük önəm daşıdığını bildiriblər.

Tədbirdə Ə.Baytursunlu adına Qazaxıstan Dilçilik İnstitutunun direktoru Anar Fazılcanın videomüraciəti də  səsləndirilib.

Daha sonra “Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi” adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasının yaradılması elan olunub.  Mərkəzin həmtəsisçilərinə “Ortaq Qurucu sertifikatı” təqdim olunub.

“Türk dövlətlərində koqnitiv dilçiliyin bu günü və gələcəyi” adlı I beynəlxalq simpozium öz işini bölmə iclasları ilə davam etdirib.

İki gün davam edəcək tədbirdə “İnternet konseptinin metaforik modelləri (Azərbaycan və Türkiyə türkcəsi materialları əsasında)”, “Azərbaycan dilində diskurs markerləri: sintatik quruluş və kommunikativ funksiya”, “Paralinqvistik şərtləndirməli  feazeoloji vahidlərin mədəniyyətlə bağlılığı”, “Dil” konsepti ilə bağlı bəzi metaforlar”, “Koqnitiv dilçilikdə ifadə tərzlərinin fərqliliyi”, “Türk dillərində koqnitiv freymlərin struktur analizi” və digər mövzularda məruzələr dinləniləcək.

AMEA prezidenti belə bir qurumun yaradılmasının türk dövlətlərində koqnitiv dilçiliyin inkişafına, alimlərin səylərinin birləşdirilməsinə və ortaq elmi layihələrin həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

O, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” fikrinin türk dünyasının elmi və mədəni əməkdaşlığı baxımından da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Akademik İsa Həbibbəyli simpoziumun elmi əhəmiyyəti ilə yanaşı, ictimai-siyasi baxımdan da mühüm məna daşıdığını deyərək, tədbirin türk xalqları arasında birliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Sonra Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli çıxış edərək türk xalqlarının ortaq dil və düşüncə irsinin öyrənilməsində koqnitiv dilçiliyin əhəmiyyətini qeyd edib. O, Türk xalqlarının Koqnitiv Dilçilik Mərkəzinin yaradılmasını türk dünyasının intellektual əməkdaşlığının genişləndirilməsi baxımından mühüm təşəbbüs kimi dəyərləndirib.

Professor Nadir Məmmədli bildirib ki, koqnitiv dilçilik dilin qrammatik quruluşu ilə yanaşı, onun arxasında dayanan düşüncə modellərinin, anlayışların formalaşma mexanizmlərinin və dil-mədəniyyət əlaqələrinin öyrənilməsinə imkan yaradır. Bu istiqamətdə tədqiqatlar dilçiliklə yanaşı, fəlsəfə, psixologiya, antropologiya və süni intellekt sahələri üçün də əhəmiyyətlidir.

İnstitut direktoru vurğulayıb ki, mərkəz türk xalqlarının ortaq düşüncə irsinin tədqiqinə, müxtəlif türk dilləri və mədəniyyətləri arasında elmi əlaqələrin inkişafına xidmət etməklə yanaşı, əldə olunan nəticələrin beynəlxalq elmi ictimaiyyətə təqdim olunmasına da töhfə verə bilər.

Dilçilik İnstitutunun şöbə müdiri, professor Mayıl Əsgərov çıxış edərək vurğulayıb ki, koqnitiv və psixolinqvistik yanaşmalar türk dillərində mövcud olan bir sıra məsələlərin daha dərindən öyrənilməsinə, dilin daxili qanunauyğunluqlarının elmi əsaslarla izahına imkan yaradır.

Professor Mayıl Əsgərov bildirib ki, türk xalqları arasında ortaq ünsiyyət dilinin formalaşdırılması məsələsi də elmi müzakirələr baxımından əhəmiyyətlidir: “Yaradılacaq mərkəz türk dillərinin qarşılıqlı zənginləşməsinə, ortaq dil xüsusiyyətlərinin müəyyənləşdirilməsinə və türk dövlətləri arasında mədəni-elmi inteqrasiyanın gücləndirilməsinə töhfə verməlidir”.

Şöbə müdiri əsas məqsədin mərkəzin nizamnaməsində nəzərdə tutulan vəzifələri həyata keçirməklə türk dillərini elmi əsaslarla daha da yaxınlaşdırmaq olduğunu bildirib.

Tədbirdə, həmçinin Türkiyənin Yıldız Teknik Universitetinin prorektoru, professor Vatan Karakaya, Bakı Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Səyavuş Qasımov, Türkiyənin Hacı Bayram Veli Universitetinin xarici əlaqələr üzrə koordinatoru, professor Güljanat Kurmangaliyeva Ercilasun, Əl Farabi adına Qazaxıstan Milli Universitetinin nümayəndəsi, professor Janar İbrayeva, Türkiyənin Ege Universitetinin əməkdaşı, professor İbrahim Şahin, eləcə də Atatürk Universitetinin professoru Süleyman Efendioğlu çıxış ediblər. Natiqlər türk dillərinin öyrənilməsi və inkişafı, koqnitiv dilçilik sahəsində elmi tədqiqatların genişləndirilməsi, türk dövlətləri arasında akademik əməkdaşlığın gücləndirilməsi və ortaq elmi platformaların yaradılmasının əhəmiyyətini vurğulayıblar. Çıxış edənlər simpoziumun türk dünyasında dilçilik tədqiqatlarının yeni istiqamətlərinin müəyyənləşdirilməsi və beynəlxalq elmi əlaqələrin inkişafı baxımından böyük önəm daşıdığını bildiriblər.

Tədbirdə Ə.Baytursunlu adına Qazaxıstan Dilçilik İnstitutunun direktoru Anar Fazılcanın videomüraciəti də  səsləndirilib.

Daha sonra “Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi” adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasının yaradılması elan olunub.  Mərkəzin həmtəsisçilərinə “Ortaq Qurucu sertifikatı” təqdim olunub.

“Türk dövlətlərində koqnitiv dilçiliyin bu günü və gələcəyi” adlı I beynəlxalq simpozium öz işini bölmə iclasları ilə davam etdirib.

İki gün davam edəcək tədbirdə “İnternet konseptinin metaforik modelləri (Azərbaycan və Türkiyə türkcəsi materialları əsasında)”, “Azərbaycan dilində diskurs markerləri: sintatik quruluş və kommunikativ funksiya”, “Paralinqvistik şərtləndirməli  feazeoloji vahidlərin mədəniyyətlə bağlılığı”, “”Dil” konsepti ilə bağlı bəzi metaforlar”, “Koqnitiv dilçilikdə ifadə tərzlərinin fərqliliyi”, “Türk dillərində koqnitiv freymlərin struktur analizi” və digər mövzularda məruzələr dinləniləcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki