ABŞ-da keçirilən futbol üzrə Amerika Kubokunun qrup mərhələsində D qrupunda yer alan millilər ilk oyunlarını keçirib.
Hyustonda Kolumbiya Paraqvayı 2:1 hesabı ilə məğlub edib. Kolumbiya millisinin və “Kristal Pelas”ın müdafiəçisi Daniel Munoz 32-ci dəqiqədə hesabı açıb. On dəqiqə sonra “Kristal Pelas”ın yarımmüdafiəçisi Cefferson Lerma Kolumbiyanın fərqini dubl edib. 69-cu dəqiqədə isə Paraqvay və “Brayton”un hücumçusu Xulio Ensiso hesab fərqini azaldıb.
D qrupunun digər oyununda isə Braziliya Los-Ancelesdə Kosta Rika ilə qolsuz heç-heçə edib.