İraqın qərbindəki Ənbar əyalətindəki Ayn əl-Əsəddəki ABŞ bazası yenidən hücuma məruz qalıb, nəticədə itki yoxdur. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
“Dekabrın 20-də İraqdakı Əl-Əsəd aviabazasına 122 mm-lik raket atılıb, nəticədə tələfat və dağıntı olmayıb”, – mesajda deyilir.
Komandanlığın izah etdiyi kimi, hərbçilər raket buraxılış yerinə göndərilib və raketlərə çevrilmiş yük maşını ələ keçirilib.