Vətəninfo.az xəbər verir ki, “The Athletic” yazır ki, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda klubu tərk edə bilər. Nəşrin məlumatına görə, italiyalı mütəxəssis hədsiz yorğundur və gələcəklə bağlı məsələlərə yenidən baxmaq istəyir. Bundan başqa, o, son vaxtlar mətbuata sızan məlumatlardan narazıdır və bunların klub daxilindən həyata keçirildiyini hesab edir.
Xatırladaq ki, 65 yaşlı mütəxəssislə “Real Madrid” arasında mövcud əmək müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir.Bundan başqa, “Real Madrid”in Xabi Alonsonu Ançelottinin əvəzedicisi kimi nəzərdən keçirməsi ilə bağlı xəbərlər yayılmağa başlayıb. Alonso hazırda “Bayer Leverkuzen”ə başçılıq edir.