Vətəninfo.az xəbər verir ki, “Real Madrid”in italiyalı baş məşqçisi, İspaniya çempionu və Çempionlar Liqasının qalibi Karlo Ançelotti futbol rəhbərliyini matçların sayını azaltmağa çağırıb.
“Təqvim çox dolu və gərgindir. Bizdə Çempionlar Liqasının yeni formatı var və bu mövsümün necə keçəcəyini heç kim bilmir. Amma iki matçın əlavə olunduğu göz qabağındadır.
Menecerlər çox oynadığı üçün çox zədə alan futbolçuları düşünməsələr, böyük problemlər yaşayacağıq.
Onlardan yarışı daha cəlbedici etmək üçün matçların sayını azaltmaq barədə düşünmələrini xahiş edirəm”, – Ançelotti deyib.
“Real” Çempionlar Liqasına sentyabrın 17-də saat 23:00-da Almaniyanın “Ştutqart”ı ilə qarşılaşacaq.