“Real Madrid” futbol klubunun baş məşqçisi Karlo Ançelotti vergidən yayınma işi çərçivəsində bu gün, aprelin 2-də məhkəmə qarşısına çıxacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb. İş materiallarına görə, 2014-15-ci illərdə Ançelotti yalnız Real Madriddəki maaşından vergi ödəyib, lakin heç bir əlavə gəlirdən vergi ödəməyib. Onun 1,062 milyon avro ödənilməmiş vergi öhdəliyi var. İttiham tərəfi Ançelottinin 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.