Vətəninfo.az xəbər verir ki, Braziliya millisinin yeni təyin olunmuş baş məşqçisi italiyalı Karlo Ançelotti “Santos”un 33 yaşlı hücumçusu Neymarı niyə heyətinə qatmadığını açıqlayıb.
“Neymar bu yaxınlarda zədələnib. O, çox vacib oyunçudur, amma mən ən yaxşı formada olan oyunçuları seçmişəm.
Hazırda heyətimizdə çoxlu zədəli futbolçular var. Rodriqo, Qabriel, Joelinton, Militao. Braziliyada çoxlu istedadlı futbolçular var.
Biz və Braziliya Neymara böyük ümid bəsləyirik. O, Braziliyaya qayıtdı və dünya çempionatına yaxşı hazırlaşdı. Qərarımı izah etmək üçün onunla danışdım. Tamamilə razıdır. Braziliya Futbol Konfederasiyasının saytı Ançelottidən sitat gətirib: “Biz işimizi belə davam etdirəcəyik”.
Ançelotti qarşıdan gələn dünya çempionatının seçmə oyunları üçün heyətini açıqlayıb.
Qapıçılar . Alisson (“Liverpul”), Bento Krepski (“Əl Nəsr”), Huqo Souza (“Korintians”).
Müdafiəçilər . Aleks Sandro (“Flamenqo”), Alexandro (“Lill”), Lukas Beraldo (PSJ), Karlos Auqusto (“İnter”), Danilo (“Flamenqo”), Leo Ortiz (“Flamenqo”), Markinyos (PSJ), Uanderson (“Monako”), Uesli (“Flamenqo”).
Yarımmüdafiəçilər . Andreas Pereyra (Fulhem), Andre Santos (Strasburq), Bruno Gimaraes (Nyukasl Yunayted), Kazemiro (Mançester Yunayted), Ederson (Atalanta), Gerson (Flamenqo).
Hücumçular . Entoni (Betis), Estevan (Palmeyras), Martinelli (Arsenal), Mateus Kunya (Vulverhempton), Rafinya (Barselona), Riçarlison (Tottenhem), Vinisius Junior (Real Madrid).
Braziliya millisi iyunun 6-da Ekvador, 11-də isə Paraqvay yığmaları ilə mübarizə aparacaq.