image-reklam-veteninfo
image-1backend

Ançelotti: O illər unudulmaz illər idi

image-reklam-veteninfo

Vətəninfo.az xəbər  verir ki, “Real Madrid”in italiyalı baş məşqçisi Karlo Ançelotti bu mövsümün sonunda kral klubunu tərk etmək qərarını şərh edib.

“Real Madrid”də ikinci fəaliyyətim zamanı keçirdiyim hər anı dəyərləndirəcəyəm. Onlar unudulmaz illər, emosiyalar, titullar və bu klubu təmsil etməyin qüruru ilə dolu inanılmaz səyahət idi.

Prezident Florentino Peresə, kluba, oyunçulara, heyətə və azarkeşlərə minnətdaram.

Birgə əldə etdiyimiz nailiyyətlər Real Madrid azarkeşlərinin yaddaşında əbədi olaraq qalacaq. Bernabeudakı sehrli gecələr artıq futbol tarixinə çevrilib. “İndi yeni macəra başlayır, amma mənim “Real Madrid”lə əlaqəm əbədidir”, – Ançelotti klubun mətbuat xidmətindən sitat gətirib.

Ançelotti 6 ildə Real Madrid ilə 15 titul qazanıb.

O, mayın 26-da Braziliya millisinə rəhbərlik edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki