Andrea Pirlo İtaliya millisinin yeni baş məşqçisi olmayacaq.
Məlumata görə, Pirlo ilə əldə olunan razılaşma bu gün rəsmi olaraq ləğv ediləcək.
Vətəninfo.az xəbər verir ki, bu qərar İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malaqonun təşəbbüsü ilə verilib. Buna səbəb isə Andrea Pirlonun Rusiyaya məxsus mərc şirkəti ilə əməkdaşlıq etməsi göstərilir.
Hazırda İtaliya futbolunun əfsanələri Paolo Maldini və Leonardo vəziyyəti dəyərləndirərək növbəti addımlarını müəyyənləşdirirlər.
Qeyd edək ki, tərəflərin məsələ ilə bağlı yaxın vaxtlarda rəsmi açıqlama verməsi gözlənilir.


























