image-1backend

Andres İnyesta məşqçiliyə başlayır

image-reklam_sirab_01

Futbol üzrə İspaniya milli komandasının sabiq yarımmüdafiəçisi Andres İnyesta məşqçilik kurslarında iştirak edir.

Vətəninfo.az xəbər verir ki , bu barədə beynəlxalq KİV yazır. Bir neçə gün əvvəl peşəkar karyerasını başa vurduğunu elan edən Andres İniesta indi məşqçilik dərslərində iştirak edir.

Andres İnyesta İspaniya millisinin heyətində finalda qələbə qolunu vuraraq 2010-cu il Dünya Çempionatının çempionu olub. 2008 və 2012-ci illərdə İspaniya millisinin heyətində Avropa çempionu adını qazanıb. Yarımmüdafiəçi karyerasının əsas hissəsini Kataloniyanın “Barselona” komandasında keçirərək, klubda bütün ən vacib dünya futbol titullarını qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki