Andres İnyesta peşəkar karyerasını başa vurdu
Futbol üzrə İspaniya milli komandasının və kataloniyalı “Barselona”nın sabiq yarımmüdafiəçisi Andres İnyesta peşəkar karyerasını rəsmən başa vurur.
Vətəninfo.az-ın məlumatına görə , bu barədə 40 yaşlı futbolçu sosial şəbəkədəki səhifəsində məlumat verib.
Andres İnyesta İspaniya millisinin tərkibində finalda qələbə qolunu vuraraq 2010-cu il Dünya Çempionatının çempionu olub. 2008 və 2012-ci illərdə İspaniya millisinin heyətində Avropa çempionu adını qazanıb. Yarımmüdafiəçi karyerasının əsas hissəsini Kataloniyanın “Barselona” komandasında keçirərək, klubda bütün ən vacib dünya futbol titullarını qazanıb.