image-reklam-veteninfo
image-1backend

Arbeloa: “Real Madrid-in istədiyi qədər burada qalacağam”

image-reklam-veteninfo

“Real Madrid”in sabiq futbolçusu və klubun yetirməsi Alvaro Arbeloa yeni vəzifəsi ilə bağlı fikirlərini bölüşüb. Vətəninfo.az xəbər verir ki, o, bu günün özü üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

“Bu, mənim üçün çox xüsusi gündür. ‘Real Madridin bir parçası olduğum bütün günlər kimi. Artıq 20 ildir ki, buradayam. Real Madrid tarixin ən yaxşı klubudur. Üzərimdə nə qədər böyük məsuliyyət olduğunu anlayıram və bundan çox xoşbəxtəm”, – deyə Arbeloa bildirib.

Arbeloa Xabi Alonso ilə münasibətlərinə də toxunub. Onun sözlərinə görə, Alonso ilə daim əlaqə saxlayır və aralarındakı dostluq hər kəsə məlumdur.

“Əlbəttə, Xabi Alonso ilə danışmışam. Bizim dostluğumuz hamıya bəllidir. Ona böyük hörmət edirəm və bilirəm ki, bu, qarşılıqlıdır. Gələcəkdə də belə olacaq”, – deyə o əlavə edib.

Məşqçilik gələcəyi ilə bağlı suala cavab verən Arbeloa bildirib ki, “Real Madrid”in ona ehtiyacı olduğu müddətdə klubda qalmağa hazırdır:

“Daimi, yoxsa müvəqqəti baş məşqçi olacağam – bunu zaman göstərəcək. ‘Real Madrid’in istədiyi qədər burada qalacağam. Bura mənim evimdir və özümü belə hiss edirəm”.

Qeyd edək ki, məlumat İspaniyanın AS nəşrinə istinadən yayılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki