image-1backend

Arvadını və 8 aylıq körpəsini qətlə yetirən ata məhkəmədən vaxt istədi

image-reklam_sirab_01

Həyat yoldaşı və 8 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin məhkəməsi davam etdirilib. “Unikal”ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən onlayn prosesdə vəkil müdafiə çıxışı edib.

Daha sonra son söz demək üçün Fərid Hüseynliyə söz verilib.

Lakin o, son söz demək üçün məhkəmə zalından çıxış edəcəyini əsas gətirərək vaxt istəyib.

Məhkəmənin son iclası oktyabrın 7-nə təyin edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Samir Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Fərid Firdovsi oğlu Hüseynli 2003-cü il təvəllüdlü həyat yoldaşı Leyla Əlişan qızına Hüseynli və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image