image-reklam-veteninfo
image-arzuman-muradlibackend

Arzuman Muradlı: “Bu addım yeni dönəmin başlanğıcıdır”

image-reklam-veteninfo

Türkiyə Böyük Millət Məclisinin “Terrora yox” (Terrorsuz Türkiyə) prosesinin hüquqi təməlini təşkil edən 12 maddəlik çərçivə qanununun qəbul edilməsi və MHP sədri Dövlət Baxçalının DEM Partiyası sıralarına gedərək parlament nümayəndələri ilə əl sıxışması regionda baş verən qlobal proseslərin məntiqi davamıdır.

Siyasi şərhçi Arzuman Muradlı baş verən bu tarixi hadisəni Vətəninfo.az-a şərh edərkən bildirib ki, bu addım sadəcə parlament daxili jest deyil, bütövlükdə Türkiyənin daxili sabitliyinin və gələcək geostrateji təhlükəsizliyinin təmin olunmasında həlledici mərhələdir.
Siyasi şərhçinin sözlərinə görə, qanunun mütləq əksəriyyətlə qəbul olunması və parlamentdəki əsas siyasi qüvvələrin bu prosesdə konstruktiv mövqe sərgiləməsi onu göstərir ki, rəsmi Ankara ölkə daxilində sülhün və hüquqi müstəvinin gücləndirilməsində qətiyyətlidir:”Qanunun qəbul edilməsi və ardınca MHP sədri Dövlət Baxçalının DEM Partiyası sıralarına yaxınlaşaraq həmsədrlər və digər rəsmilərlə görüşməsi Türkiyə siyasi tarixində yeni bir səhifə açır. Bu, cəmiyyətdə barış və həmrəylik mühitinin formalaşmasına hesablanmış güclü siyasi iradənin nümayişidir”.
Arzuman Muradlı qeyd edib ki, Türkiyənin terrora qarşı mübarizədə qazandığı hərbi uğurlar artıq hüquqi və siyasi müstəvidə tamamlanır. Bu cür addımlar regionda sülhün bərqərar olunmasına, daxili qütbləşmələrin aradan qaldırılmasına və ümummilli həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir. Siyasi ekspert hesab edir ki, yaxın gələcəkdө bu prosesin nəticələri Türkiyənin həm daxili sabitliyinə, həm də regional siyasətinə müsbət təsirini göstərəcək.

Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki