image-358017a5-a0a6-3694-985b-3f8cdf3f0664_850backend

Avropa Komissiyası Ukrayna və Moldova əhalisinə humanitar yardım göstərəcək

image-reklam_sirab_01

Avropa Komissiyası (AK) Ukrayna üçün fövqəladə sığınacaqların və qış strukturlarının, habelə ən çox ehtiyacı olan Ukrayna və Moldova əhalisi üçün humanitar yardımın yeni proqramını elan edib.

Bu barədə Ukraynada səfərdə olan böhranların idarə edilməsi üzrə Avropa Komissiyasının üzvü Yanez Lenarçiç məlumat verib.

Onun sözlərinə görə, qarşıdan gələn qış Ukraynaya üçün ciddi problemlər yarada bilər:

“Biz buna hazır olmalıyıq. Bizim “rescEU” ehtiyatımız (Avropa İttifaqının mülki müdafiə mexanizminin xilasetmə komponenti) sayəsində Ukraynanın üç müxtəlif bölgəsində dərhal müvəqqəti sığınacaqlar yerləşdirmək mümkün olacaq”.

O, həmçinin bildirib ki, Aİ humanitar yardımın maliyyələşdirilməsini artıracaq, əhalinin ən həssas təbəqələrinin təhsil, qida, içməli suya çıxış və soyuq qışdan qorunması üçün daha 175 milyon avro ayıracaq.

AK-nin Brüsseldə dərc edilmiş kommünikesində qeyd olunur ki, Aİ-nin bu qış humanitar yardımı Ukraynaya təcili sığınacaq ehtiyatlarının və ümumi dəyəri 62,3 milyon avro olan digər əşyaların köçürülməsini əhatə edəcək.

Ümumilikdə, Rumıniyada yerləşən mənzil ehtiyatı ilə birlikdə qurum 46 minə qədər insanı müvəqqəti sığınacaqla təmin edə biləcək. Əlavə 175 milyon avro humanitar yardımın 150 milyon avrosu Ukraynadakı əməliyyatlara, 25 milyon avrosu isə Moldovaya ayrılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki