İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində ictimai asayişi və yol-hərəkəti qaydalarını davamlı şəkildə pozan sürücünü saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Veteninfo.az-a verilən məlumata görə, rayon sakini Səbuhi Qəniyev istifadəsində olan “VAZ-2106” markalı avtomobillə şəhərin bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edib. Yol polisi əməkdaşları tərəfindən həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə birgə saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə S.Qəniyev 20 sutka inzibati