image-1backend

Axtarışda olan şəxs hava limanında saxlanılıb

image-reklam_sirab_01

Polis əməkdaşları axtarışda olan şəxsi hava limanında saxlayıblar.

Bu barədə  Vətəninfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Beynəlxalq Hava Limanı ərazisində Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə axtarışda olan Nəsib Mehdiyevi saxlayıblar.

O, araşdırma aparılması üçün Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki