image-photo-2021-11-10-09-13-09-3backend

Azad edilmiş ərazilərdə fəal şəkildə bərpa işləri aparılır.

image-reklam_sirab_01

Bu gün ölkəmiz tarixi günlərini yaşayır. Tarixi ədaləti qürur hissi ilə bərpa edərək, böyük zəfərin təntənəsini qeyd etdik. 28 ildən sonra düşməndən azad edilən və tariximizdə xüsusi yeri olan dədə-baba torpaqlarımız öz doğma sakinlərinin gəlişini səbirsizliklə gözləyir. Sözsüz ki, indi ən əsas məqamlardan biri də qələbənin əbədiləşdirilməsi üçün öz doğma yurdlarından köçkün düşən soydaşlarımızın doğma yurdlarına qayıdışının təmin olunmasıdır.
Lakin azad edilmiş torpaqlarımız erməni qəsbkarları tərəfindən otuz ilə yaxın bir müddət ərzində talan edilmiş, dağıdılmış, demək olar ki, yer üzündən silinmişdir. Bu torpaqlara yenidən həyat vermək, qurub-yaratmaq, bərpa etmək elə qələbənin özü qədər çətindir.  Belə ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan minlərlə kvadratkilometrdən çox ərazidə infrastruktur, nəqliyyat, logistika layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı, xidmət sektorları ilə əhatə olunan işlərin qurulması, iqtisadiyyatın bərpası, keçmiş köçkünlərin doğma torpaqlarına qaytarılması və insanların normal həyatının təmin edilməsi sozün əsl mənasında böyük güc, böyük potensial tələb edir. İşğaldan azad olunmuş əraziləri qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirmək, rayonları, kəndləri, qəsəbələri, bütün yaşayış yerlərini  tezliklə bərpa etmək, bir sözlə, Qarabağı yenidən yaratmaq güclü dövlətin, güclü liderin sayəsində mümkündür.
Qarabağın işğaldan azad olunmasından sonra sürətlə aparılan infrastruktur quruculuğu layihələrdən vacib hesab olunan hava limanlarıdır. Burada olan aeroportlar nəinki iqtisadi baxımından, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu artıracaq. İlk növbədə, onu qeyd etmək gərəkdir ki, post-konflikt bərpa dövründə hava limanlarının rolu çox böyükdür. Başlıca olan səbəblərdən biri də odur ki, nəqliyyat-logistika baxımından bu bölgəyə çatdırılacaq malların, gediş-gəlişin bərpası, aparılan infrastruktur, quruculuq layihələrinin və bərpa prosesin sürətləndirməsinə gətirib çıxaracaq.
İşğaldan azad olunan ərazilərdə 3 beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Füzuli aeroportu bu ilin payızında istifadəyə veriləcək. Zəngilan hava limanının təməli qoyulub, Laçında isə inşaat üçün yer seçimi yekunlaşmaq üzrədir.
Azərbaycan hökuməti işğaldan azad olunmuş Zəngilan rayonunun Üçüncü Ağalı kəndində ”Ağıllı kənd” layihəsinin icrasına başlanılıb. Kənd layihəsi əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, ”Ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Erməni işğalından azad olunmuş digər ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. “Ağıllı kənd” texnologiyalarının tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına da şərait yaradacaq və Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyini də artıracaq.

“Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası dünyanın bir çox ölkələrində tətbiq edilməkdədir. Bu konsepsiyalar Azərbaycanda, ümumilikdə dünyada baş verən texnoloji imkanlara, qlobal innovasiya yönümlü layihələrin tətbiqi üçün drayver olaraq çıxış edəcək.

 

 

 

Nəsimi Rayonu Gənci:Məmmədova Günay

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki