image-1backend

Azərbaycan 2026-cı ildən sonra rəqəmsal şəxsiyyət vəsiqələrinin istifadəçilərinin sayını 4 milyona çatdıracaq

image-reklam_sirab_01

Azərbaycanda 2026-cı ildən sonrakı dövrdə rəqəmsal şəxsiyyət vəsiqələrindən istifadə edən vətəndaşların sayının 3,5-4 milyona çatdırılması planlaşdırılır.

Vətəninfo.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyəti sədrinin müavini Şahin Əliyev hökumətin yenilənmiş “mygov” rəqəmsal platformasının təqdimatında bildirib.

“Biz heç vaxt bütün 10 milyon əhalini əhatə etməyəcəyik, çünki onların arasında körpələr və yaşlı insanlar var ki, onlar rəqəmsal texnologiyalardan aktiv istifadə edə bilmirlər. Lakin biz əminik ki, 2026-cı ilə qədər minimal rəqəmsal savadı olan əhali seqmenti, xüsusilə tələbələr və 16 yaşdan yuxarı vətəndaşlar üçün rəqəmsal platformalardan istifadəni təmin edə biləcəyik. Bizim hesablamalarımıza görə, bu təxminən 1 milyon nəfərdir”, – deyə Ş. Əliyev qeyd edib.

Kağızsız sənəd dövriyyəsinə tam keçid məsələsinə toxunan Ş.Əliyev vurğulayıb ki, bu proses digər ölkələrdə olduğu kimi, mərhələli şəkildə həyata keçirilir: “1-2 il ərzində kağızdan tam imtina etmək mümkün deyil və kağızın tamamilə istifadədən çıxarıldığı ölkə yoxdur. Azərbaycanda artıq dövlət qurumları arasında rəqəmsal sənəd dövriyyəsi sistemi fəaliyyət göstərir. Növbəti addım vətəndaşların dövlətlə bütün qarşılıqlı əlaqələrini kağızsız formada aparmaq imkanının təmin edilməsi olacaq, daha sonra isə bu prosesə özəl sektor da cəlb olunacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image