image-1backend

Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib

image-reklam_sirab_01

Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib.

Bu barədə Vətəninfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Lüksemburq Böyük Hersoqluğunun səlahiyyətli orqanları tərəfindən iqtisadi sahədə cinayətlər törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1987-ci il təvəllüdlü Fransa Respublikasının vətəndaşı Cedric Michelin və Rumıniyanın səlahiyyətli orqanları tərəfindən mütəşəkkil cinayətkar qrup yaradılmaqla miqrantların qanunsuz daşınmasında təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1975-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Oğuz Atalayın verilməsinə dair həmin ölkələrin səlahiyyətli orqanlarının vəsatətləri baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd olunub ki, sözügedən şəxslər Azərbaycanda müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

“Ekstradisiya haqqında Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən adıçəkilən şəxslər haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rumıniyanın və Lüksemburqun səlahiyyətli orqanlarına təhvil verilib”, – məlumatda vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image