image-3backend

Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşını ölkəsinə təhvil verib

image-reklam_sirab_01

Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı 1962-ci il təvəllüdlü Cəlilov Bobocon Abduraximoviçi ölkəsinə təhvil verib.

Bu barədəVətəninfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən şəxsin təhvil verilməsi ilə bağlı Tacikistan Baş Prokurorluğunun vəsatətini Azərbaycan Baş Prokurorluğu təmin edib.

Məlumata görə, Tacikistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilən, barəsində beynəlxalq axtarış elan edilmiş Cəlilov Bobocon Abduraximoviç 2024-cü ilin may ayında Azərbaycanda saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

“O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanına təhvil verilib”, – məlumatda qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image