image-reklam-veteninfo
image-1backend

Azərbaycan Bosniya və Herseqovina ilə memorandum İMZALADI

image-reklam-veteninfo

Əsir və itkin düşmüş, girov götürülmuş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Bosniya və Herseqovinanın İtkin Düşmüş Şəxslər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.

Vətəninfo.az xəbər verir ki, sənəddə ikitərəfli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində əməkdaşlıq nəzərdə tutulub.

Qeyd olunub ki, memorandum layihəsinin müzakirəsi ilə əlaqədar 2025-ci ilin aprel ayında Dövlət Komissiyasının nümayəndə heyəti Sarayevo şəhərinə səfər edib. Səfər zamanı sənədin layihəsi müzakirə edilib və razılaşdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki