image-05-3backend

Azərbaycan böyük uğurlara imza atmışdır

image-reklam_sirab_01

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ənənəvi olaraq respublikamızda təşkil olunan Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilib.
Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu bu il noyabrın 4-6-da Bakı şəhərində keçirilib.
Vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması hər zaman prezidentimizin diqqət mərkəzindədir. “Koronavirus” pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti bu istiqamətdə çox böyük və əhəmiyyətli işlər həyata keçirib. Bu məqsədlə görülən qabaqlayıcı tədbirlər, insanlara göstərilən dövlət dəstəyi buna əyani sübdur.
Azərbaycan prezidentinin Forumda çıxışı dünya üçün sülh, sağlamlıq, ədalət və rifah hədəflərinə yetişməkdə Azərbaycanın nə qədər məqsədyönlü işlər gördüyünü bir daha göstərdi. Prezident İlham Əliyev Azərbaycanın pandemiya ilə mübarizəsinin təkcə milli nailiyyət yox, həm də qiymətli təcrübə örnəyi kimi əhəmiyyətini yetərli səviyyədə izah etdi. Bütün dünya bir daha bildi ki, Azərbaycan pandemiya ilə mübarizənin ən səmərəli mexanizmini göstərən respublikadır. Dünya bilir ki, COVİD – lə uğurlu mübarizənin milli və qlobal mexanizmlərinin formalaşmasında İlham Əliyevin şəxsi təşəbbüskarlıq, təşkilatçılıq keyfiyyətləri və məsuliyyəti həlledici faktorlar oldu.
Foruma dünya ölkələri və beynəlxalq təşkilatlar səviyyəsində olan geniş maraq Azərbaycanın dünyada artan nüfuzunun, Ali Baş Komandan Prezident İlham Əliyevin yaratdığı yeni reallıqların və siyasi gücünün göstəricisidir.
Azərbaycanın 44 günlük müharibəsindən sonrakı dövrdə Ermənistanın yenə də qeyri-konstruktiv mövqe tutmasının dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından VIII Qlobal Bakı Forumunun əhəmiyyəti olduqca böyükdür. Bu kimi tədbirlər, forumlar Ermənistanın mövqeyinin dəyişməsinə də gətirib çıxara bilər.

Aynur Xəlilova – politoloq

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki