image-92f29be2-8122-4066-978a-18750c0dfc20backend

“Azərbaycan dövləti üçün məhz Qarabağ bölgəsində sadaladığımız bu işlərin yenidən qurulması”- “Su Yapı Mühəndislik və Müşavirlik” şirkətindən maraqlı açıqlama

image-reklam_sirab_01

Biz Su Yapı mühəndislik və müşavirlik şirkəti olaraq 25 ildir ki qardaş ölkə Azərbaycanda xidmət edirik. 30 il boyunca Dağlıq qarabağ bölgəsində Ermənistanla olan müharibə  Türkiyə Cumhuriyəti olaraq həm dövlətimizi həmdə xalq olaraq bizi çox narahat edirdi. 10 noyabr 2020-ci il tarixində Ermənistan tərəfindən məğlubiyyətin qəbul edilməsi və tərəflər arasında atəşkəsin imzalanması 30 ildən sonra Azərbaycan Respublikası üçün mühüm hərbi və siyasi uğur kimi tarixə düşdü.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin, 30 il əvvəl bu yerləri tərk etmiş yerli xalqın öz yurdlarına qayıtması üçün şəhərlərin yenidən qurulması üçün infrastruktur və üstquruluş işlərinin başlanacağını elan etməsi inkar edilə bilməz.

Ermənilər tərəfindən məhv edilmiş və  viranəyə çevrilmiş torpaqların azad edilməsi illərdir vətən həsrətində olan yerli insanlar üçün sevindiricidir.

Dünyanı da narahat edən iqlim dəyişikliyi, quraqlıq və daşqınların yaratdığı fəlakətləri nəzərə alaraq bu şəhərlərin inkişafını həm əhali baxımından, həm də məkan baxımından yenidən planlaşdırmaq, ağıllı bir şəhər konsepsiyasında infrastruktur və üst quruluş planlaşdırması çox əhəmiyyətlidir.

Klassik mühəndislik xidmətləri əvəzinə dünya indi su qaynaqlarını yerində qoruyur, keyfiyyət və kəmiyyət baxımından təqib edir, su qənaətinə əhəmiyyət verir, təmizlənmiş çirkab suların parkların, bağların və əkin sahələrinin suvarılmasında, sahələrdə sənaye sahəsində isə suyun istifadəsini genişləndirir. İnsanlar üçün infrastruktur xidmətlərinin istehsalı və istifadəsi, eko sistemin həyatın ayrılmaz bir hissəsi olaraq nəzərə alınması və qorunması, zonaların planlaşdırılmasında yaşıl dəhlizlərə diqqət yetirilməsi, yol işlərində ekoloji keçişlər, yaşıl bina tətbiqlər, beləliklə gələcək nəsilləri də düşünən davamlı və ağıllı şəhər planlaşdırma edilməkdədir.

Azərbaycan dövləti üçün məhz Qarabağ bölgəsində sadaladığımız bu işlərin yenidən qurulması və nümunə olaraq bütün ölkəyə addım-addım genişləndirilməsi baxımından vacib olacaqdır.

Davamlı və ağıllı şəhərlərin qurulmasının ətraf mühit və sosial baxımdan mənfi təsirləri minimuma endirməsi, obyektlərin istismarında və ilkin investisiyalardan sonra xidmətlərin göstərilməsində administrasiyalara maliyyə qənaətini təmin edəcəkdir.

1964-cü ildə Türkiyədə qurulmuş 30 ölkədə (bu ölkələrdən biri də Azərbaycandır) 550-dən çox  ixtisaslı işçi heyəti  ilə 650-dən çox milli və beynəlxalq arenada bir çox uğurlu və ixtisaslı layihələrə imza atmış şirkətimiz Su-Yapı Mühəndislik ve Müşavirlik A.Ş., planlaşdırma, sahə işləri, dizayn, nəzarət, məsləhət və idarəetmə sahələrində işlər aparmaqdadır

Firmamızı maraqlandıran sektorlar olaraq su bəndləri, HES, GES və DES-lər kimi bərpa olunan enerji sistemləri, su ehtiyatları və hidrotexnika, şəhər və kənd infrastrukturu və ətraf mühit, metro-yüngül dəmir yolu sistemləri, avtomobil yollar, magistral yollar, şəhər salınması, agıllı binalar, neft və qaz tədarükü və paylanmasını da nəzərə alsaq görərik ki, Azərbaycanda əməkdaşlıq edə biləcəyimiz bir çox sahə var.

Şirkətimizi digər şirkətlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri bütün layihələrini “3D” (Building information modeling) sistemi ilə həyata keçirməsini özəlliklə vurğulamalıyıq. Bu səbəblə də SU-YAPI mühəndislik şirkəti öz sahəsində Türkiyədə və eləcədə dünyadakı sayılı şirkətlərdən biridir.

Tarixi bir müvəffəqiyyətin davamı olacaq bu işlərdə, bütün ərazilərdə həyata keçirilməsi planlaşdırılan layihələrlə yanaşı, Qarabağda yeni şəhərsalma işində eləcə də bölgələşdirmə planları daxil olmaqla bütün infrastrukturun və üst quruluşun planlaşdırılması və tətbiqi müddətində iştirak edə bilərsək Su Yapı şirkəti olaraq bizim üçün böyük  bir şərəf olacaqdır

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki