Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Fransa Milli Aszambleyasında erməni separatçılarının qəbul edilməsinə münasibət bildirib.
Veteninfo.az xəbər verir ki, deputat Fransanin həmişə türk dövlətlərinə qarşı riyakarlığı ilə seçildiyini vurğulayıb:
“Fransa kimi ölkə bu cür ləyaqətsizliyi özünə necə sığdıra bilir?! Fransa bu hərəkəti ilə bölgəyə gəlişini əngəlləyir. Fransa Minsk qrupunun bu bölgədə canlanmasına imkan verməməlidir.
Makaron özü kimiləri ətrafına yığıb. Hesab edirəm ki, Azərbaycan bütün sahələrdə Fransa ilə əlaqələrinə yenidən baxmalıdır”