Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və ərazi əməliyyat struktur bölmələrinin əməkdaşları ümumi sayı
120 000 ədəd aksiz markasız tütün məmulatları aşkar edib.
Vətəninfo.az bu barədə komitəyə istinadən xəbər verir.
Məlumata görə, məmulatlar Mingəçevir şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə
məxsus “Mercedes-Benz” markalı nəqliyyat vasitəsindən və istifadəsində olan fərdi yaşayış evindən tapılıb.