image-_fkh2988_89_90_tonemappedbackend

Azərbaycan iqtisadiyatının gələcəkdəki inkifaş xətti

image-reklam_sirab_01

Azərbaycan dünya ölkələri arasında müasir sosial-iqtisadi infrastruktur quruculuğunu uğurla həyata keçirmiş ölkələr sırasında ilk sıralarda yer alır. Ötən əsrin sonunda çətin tarixi şəraitdən keçsə də, bu gün Azərbaycan təkamül yolunda inamla addımlayır.
Sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı dünyada baş verən hadisələr fonunda dəyişikliklərə məruz qalır. 2020-ci ildə Azərbaycan iqtisadiyyatı daha çox koronavirus və neft qiymətlərinin dəyişməsi fonunda enən və qalxan xətlə inkişaf etmişdir. İqtisadi geriləmə 2021-ci ildə aparılan islahatlar nəticəsində özünü bərpa edəcəkdir. Korona virusun gözlənilməz halda və sürətlə yayılması dünya ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərir. Lakin Azərbaycan bu çətin dövrdə belə sükanı qorumağı bacarmış, ən az zərərlə böhrandan çıxmışdır.
Dünya bankının hesablamalarına görə 2021-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul artımı 1,9 % təşkil edəcək, 2022-ci ildə isə iqtisadi artım 4,5 %-ə qədər artacaq.
Dünya Bankının qiymətləndirmələrinə görə, 2021-ci ildə neftin qiyməti sabitləşdikcə Azərbaycanda iqtisadi fəallıq da artacaq. Bundan başqa, ölkə iqtisadiyyatı Qarabağın bərpasına investisiya qoyuluşundan və çəkilən xərclərdən fayda götürəcək: “Azərbaycan və Ermənistan arasında sülh haqqında bəyanat isə regionda geosiyasi gərginliyi azaldacaq”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirir ki, “2020-ci ildə Azərbaycan iqtisadiyyatı məşhur alim Nassim Talebin dediyi kimi ”anti-kövrəklilk” göstərdi, şoklara qarşı adekvat reaksiyası ilə bütün çağırışlara cavab verdi və immunitetini daha da gücləndirdi”. Onun sözlərinə görə, “Gallup International”ın son sorğularının nəticəsinə əsasən dünyada iqtisadi nikbinlik indeksinə görə Azərbaycan ilk üçlükdə qərarlaşıb: “Müzəffər Ali Baş Komandanın rəhbərliyilə Ordumuzun qələbəsi özgüvəni və inamı artırıb ki, bu da iqtisadi inkişafımıza töhfə olacaq”.
Qarabağın meşə, su, torpaq, faydalı qazıntı və qeyri-maddi resursları ilə Azərbaycan iqtisadiyyatının dövriyyəsinə cəlb olunması, həmçinin yeni reallığa uyğun olaraq regional nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi böyük artım potensialına malikdir: “Müzəffər Ali Baş Komandan və ordumuzun yaratdığı yeni reallıq ölkə iqtisadiyyatının növbəti 10 ildə iki dəfə artırılmasına inamı gücləndirir. Xüsusən də Qarabağda yaşıl enerji, dağ-mədən, metallurgiya, emal sənayesi, aqrar sahə və turizm kimi sahələr həm dövlət, həm də özəl yerli və xarici sərmayələr hesabına inkişaf etdiriləcək. Dünya Bankının ”Doing Business” hesabatında dünyanın ən islahatçı 10 ölkəsindən biri olan Azərbaycanın əldə edilmiş qələbəmizi sistemli və davamlı islahatlarla yeni imkanlara çevirməsi mümkündür.”
Bütün bunlar deməyə imkan verir ki, Azərbaycan hər sahədə olduğu kimi iqtisadi sahədə də uğurlarını artıracaq və daimi, sabit inkifaşa nail olacaqdır. Yəni optimist gözləntilər özünü doğruldarsa, hökumətin nəzərdə tutulan hədəflərə çatması, yaxud daha yaxın nəticə əldə etməsi mümkün olacaq.

 

Azərbaycan Dillər Universiteti
Şəmilova Dünya Mərdan qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki