Azərbaycan Karate Federasiyası ilə üzv federasiyaların müqavilə imzalanma mərasimi keçirilib. Tədbir Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunda baş tutub. Federasiya prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən toplantıda 6 federasiya ilə (Milli Karate Federasiyası, Fullkontakt Kyokşin Federasiyası, Kosiki Karate Federasiyası, Ənənəvi Karate Federasiyası, Şotokan Karate Federasiyası, Aşihara Karate Federasiyası) üzvlük müqaviləsi imzalanıb.
Tədbirdən sonra AKF-in idarə heyətinin iclası keçirilib. İclasda sənədlərlə işin təşkili, yarışların təşkili xüsusiyyətləri, arayış və hesabatların icrası, lisenziyalaşdırma, AKF-ə üzvlük qaydaları, büdcə vəsaiti fondunun yaradılması, 2024-cü il üçün vahid təqvim planı və digər məsələlər müzakirə olunub.