image-turkan-bayramovabackend

Azərbaycan Respublikasının Bayrağı milli qürur mənbəyimizdir!

image-reklam_sirab_01

Qarşıdan gözəl və möhtəşəm bayramımız gəlir. Bu günlərdə hər bir azərbaycanlının qəlbi sevinclə dolub daşır. Çünki, 44 günlük müharibədə mənfur düşmən üzərində çaldığımız qələbədən tam 1 il keçir..Bayram bayrama qarışıb.. Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri olan Bayraq günümüz də yaxınlaşır. 9 noyabr – Bayraq günü !

Azərbaycan Respublikasının dövlət bayrağı milli birliyimizin, milli kimliyimizin vahid bir məfkurə ətrafında sıx şəkildə birləşməyimizin rəmzidir.

Mən pedaqoq, şairə xanım Zərifə Sufinin “Torpaqdan kimsəyə pay ola bilməz” şeirindən bir bəndi qeyd eləmək istərdim:

 

Bayrağımız uca, şöhrət rəmzidir,

Gerbimiz dünyaya hörmət rəmzidir,

İti qılıncımız qeyrət rəmzidir,

Mərdlər fəxrimizdir, namərdlər heç vaxt

Vətən əsgərinə say ola bilməz !

 

Bilirik ki, dövlət rəmzlərimiz olan bayraq, gerb və himn hər bir dövlətin rəsmi dövlətçilik atributudur. Bu atributlar hər bir vətəndaş üçün o qədər müqəddəsdir ki, qərar tutduğu yüksəklikdən enməməsi üçün canlar fəda olunur. Üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandırmaq hər birimizin müqəddəs borcudur.

Bayraqları bayraq edən üstündəki qandır”, – deyən böyük türk şairi Tofiq Fikrət bayrağı necə müqəddəs və dəyərli olduğunu ən yaxşı formada izah etmişdir. Müstəqil ölkədə yaşamağımızın səbəbkarı olan şəhidlərimiz bu bayrağın dalğalanması üçün canlarından keçmişlər. Biz də bu bayrağın daim torpaqlarımız üzərində dalğalanması üçün böyük ehtiram göstərməli və onu göz bəbəyimiz kimi qorumalıyıq.

Azərbaycanın Dövlət Bayrağı milli qürur və iftixar mənbəyimizdir. Nə qədər Azərbaycan dövləti var, nə qədər Azərbaycan xalqı var, üçrəngli bayrağımız həmişə inamla dalğalanacaqdır !

Mən əminəm ki, damarlarında azərbaycanlı qanı axan hər bir kəs Azərbaycan bayrağını uca tutur, müqəddəs hesab edir. Ulu Öndərin dediyi kimi, hər bir azərbaycanlı ailədə bayraq evin ən müqəddəs köşəsində, gözlər üstündə saxlanılır. Hətta Vətənimin ağlı kəsməyən körpə uşaqları, məktəbliləri də müqəddəs bayrağımıza nə qədər sevgi bəsləyir..Çünki, bu bayraq bizim canımızdır, bu bayraq təsis olunduğundan bu günə qədər Vətənimin minlərlə şəhidinin qanına boyanıb. Türkçülüyü bildirən mavi rəngi, müasirliyi əks etdirən qırmızı, dinimiz islamın rəmzi olan yaşıl rəngi, hilalı, səkkizguşəli ulduzu ilə müqəddəs üçrənglimiz qəlbimizdə müqəddəs bir yer tutur. Dünyanın 200-ə yaxın ölkəsinin bayraqları içərisində üçrəngli bayrağımızı görərkən sevincdən, riqqətdən gözlərimizin yaşarması, xarici ölkədə yaşayan həmvətənlərimizin Vətən həsrətilə döyünən qəlblərinin bayrağı köksünə sıxarkən sakitləşməsi, hər hansı vətəndaşımızın bayrağına qarşı hörmətsizlik edən qeyri-millətin nümayəndəsini gördükdə dəmir yumruqla onun başını əzməsi bizim xalqımızın nə qədər birlik, vəhdət içərisində olduğunu, bayrağımızı, digər dövlət rəmzlərimizi nə qədər uca tutduğunu və buna görə də mənfur düşmənə qələbə çaldığımızı göstərir.

Bu yerdə mən ulu öndər Heydər Əliyevin bayrağımız haqqında dediyi kəlamı xatırlatmaq istərdim “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.

 

Suraxanı rayonunun fəal gənci Türkan Bayramova

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki