image-photo-2021-11-05-16-15-39backend

Azərbaycan Respublikasının Dövlət bayrağı günü ilə əlaqədar.

image-reklam_sirab_01

Sən anam Azərbaycanın başındakı yaylıqsan, qeyrətimsən, namusumsan, azad Azərbaycanımın ən gözəl nişanısan, üçrəngli, şanlı bayrağım. Sən küləklə rəqs edərkən əl çalır sənə Xəzər. Sənə baxaraq açılır bizim səhərlər. Günəşin şəfəqləri ən gözəl sənə yaraşır, bayrağım.

Azərbaycanımızın üçrəngli bayrağı ilk dəfə 1918-ci il 9 noyabrda Bakıda Azərbaycan Xalq Cümhiriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.

Bayraq qaldırıldıqdan öncə məqsəd onu yüksəltmək olduğu kimi, yüksəldikdən sonrakı məqsəd də onu enməyə qoymamaqdır. Amma 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyi üçün 3 may 1920-ci ildə bayrağımız Azərbaycan Parlamentinin binası üzərindən endirildi. Bu xalqımız, vətənimiz üçün çox çətin idi. Bütün qorxulara, qadağalara baxmayaraq xalqımız öz evində bayrağımızı saxlamış, onu yenidən yüksəldəcəyimiz günü səbirsizliklə

gözləmişdir.

Bizim xalqımız uzun illər bayrağımızın yüksəlməsi və bir daha enməməsi üçün mübarizə aparmışdır. Nəhayət, 5 fevral 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan

Respublikasının Qanunu»nu qəbul etdi. Bununlada bizim şanlı bayrağımız yenidən layiq olduğu yerə, yüksəyə ucaldıldı və bir daha yüksəkdən enmədi.

Azərbaycan bayrağı haqqında qanunlar konustusiyamızda öz əksini tapmışıdır. Beləki, Azərbaycan Respublikasının konustusiyasına 2004-cü il 8 iyunda “Azərbaycan Respublikasının dövlət bayrağının istifadəsi qaydaları haqqında” əlavə edilən qanuna əsasən artıq bayraqdan istifadə qaydaları qanunla müəyyənləşdirilmiş oldu. Konustusiyaya əsasən bayraqdan yalnış istifadənin uyğun olaraq cəzası vardır.

1991-ci ildən etibarən bayrağımız bizim zəfərlərimizdə, uğurlarımızda, qələbələrimizdə ucaldılmış və qürurumuzu daha da artırmışdır. Keçirilən idman yarışlarında idmançılarımız, şahmat oyunlarında şahmatçılarımız, bilik

yarışlarında bizim xalqımızın bilikli nümayəndələri bayrağımızın yüksəlməsinə, himnimizin səsləndirilməsinə və bu mənzərəni bütün dünyanın izləməsinə səbəb olmuşdurlar. İstər 2011-ci ildə keçirilən Euravision musiqi yarışmasında, istər Olimpiya oyunlarında, istərsə də İslam oyunlarında qazanılan qələbələrdə, birinciliklərdə bayrağımız ucaldılmışdır.

 

Bayraq bizim üçün and yeridir, qürur yeridir. Bayraq qarşısında xalqımızın hər bir nümayəndəsi diz çökür. Heydər Əliyevin, daha sonra isə İlham Əliyevin qarşısında diz çöküb öpdüyüdür, bayrağımız.

Bizim bayrağımız xalqımızdan, tariximizdən, vətənimizdən, bu günümüzdən xəbər verir. Bayrağımızın rəngləri, üstündəki ayparası, səkkizguşəli ulduzu, hərəsi ayrılıqda bir tarixdir. Bayrağımızın göy rəngi türk olduğumuzun, qırmızı rəngi müasir olduğumuzun, yaşıl rəngi isə İslam dininə sitayiş etdiyimizin ən gözəl təsdiqidir.

Bayrağımız səngərdə əsgər ürəyinin üstündə gəzir. Səngərdə durub vətənin

keşiyində dayanan əsgər bu yola başlamazdan əvvəl bayrağa and içir. Qazandığı

hər qələbədə birinci bayrağı ən yüksəyə ucaldır.

Bayrağımız 44 günlük müharibədə yenə ən yüksəkdə dalğalandı. 30 il sonra Qarabağ öz, doğma bayrağına qovuşdu. Bayrağımızı yüksəltmək üçün Prezident İlham Əliyev göstərişlər verdi, igidlərimiz isə bayrağımızı yüksəltmək üçün can verdilər. Şəhid oldular. Bizim bayrağımızın Şəhid qanı ilə müqəddəsləşmişdir.

Bizim bayrağımız Şəhid qanı ilə yuyulmuşdur.

8 noyabr 2020-ci ildə Cənab ali baş komandan İlham Əliyev və igidlərimiz sayəsində qazanılan qələbə xəbərini eşidən hər kəs əlində bayraqla küçələrə çıxdı, tanıdığı, tanımadığı hər kəslə sevincini bölüşdü. Müharibə zamanı da,

müharibədən sonrakı zamanda da hər evin pəncərəsində, qapısında dalğalanan bayrağımızı görürdük.

Əgər xalqın hər bir nümayəndəsi bayraq uğrunda canını verməyə hazırdırsa,

deməli, bu torpaq vətəndir.

Yüksəkliyin, müqəddəsliyin əbədi olsun, hər rənginə qurban olduğum üçrəngli bayrağım. Torpaqlarımızın üstündən kölgən əksik olmasın, bayrağım.

Sən Azad Azərbaycanın şanlı bayrağısan…

 

 

Bakı Slavyan Universiteti

Məmmədova Elnarə/ Nəsimi rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki