image-photo-2021-11-05-16-15-38backend

Azərbaycan Respublikasının dövlət bayrağı qürur mənbəyimizdir.

image-reklam_sirab_01

Hər bir ölkənin tarixini, milliliyini, demokratikliyini, müstəqilliyini təcəssüm etdirən atributları vardır.

Bu atributlar bayraq gerb və himindir. Vətəndaşın qəlbində öz vətəninin atributları müqəddəsdir və mənəvi dəyəri yüksəkdir.

Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Respublikasinin bayrağısa Ay-ulduzlu üçrəngli Azərbaycan Bayrağıdır.

Bayrağımızın mavi rəngi xalqımızın , millətimizin Türkçülüyünü, qırmızı rəng -müasir cəmiyyət qurmaq, inkişaf istəyini,  yaşıl rəng- ölkəmizin islam dininə mənsubluğunu ifadə edir. Üzərindəki ağ rəngli Hilal və səkkizguşəli ulduzun mənasısa Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Bayraq qəbul olun zaman nəyi ifadə etdiyi bildirilmədiyi üçün  mənaları barədə müxtəlif fikirlər var. Hilal- islam dinin və Türk xalqının, səkkizguşəli ulduzsa Azərbaycan sözünün əski əlifbada səkkiz hərflə yazılması ilə bağlı olduğu və səkkiz Türk xalqının simvolu olduğu düşünülür.

Azərbaycan bayrağı öz xalqımızı, millətimizi, müstəqilliyimizi  əks etdirir. Bu bayraq qələbələrdə, zəfərlərdə dalğalanaraq qələbənin , zəfərin bir insanın yox , məhz Azərbaycan Xalqının olduğunu ifadə edir. Üçrəngli bayrağımız Dövlətimizin təməlinin ilk addımı olan Azərbaycan Xalq Cümhuriyyətinin bizə yadigarıdır.

Neçə-neçə savaşlar görən bu bayraq 20 yanvarda azadlıq ,müstəqillik uğrunda, əli yalın Tank qarşısına çıxan xalqın ən böyük birlik, vahidlik silahı idi.

Bu bayraq savaş meydanlarında Ana Vətənimin neçə-neçə  qəhrəman oğul- qız övladlarının qanına boyanaraq , uca zirvələrdə Azadlıq səmasında  dalğalanıb.

Xalqım bu bayrağın işığı altında vahid bir yumruq tək birləşərək ,Azadlığını, müstəqilliyini dünyaya hayqırıb.

Xalqımın Azərbaycan bayrağına olan sevgisini , ona verdiyi andında sədaqətini isə 2ci Qarabağ müharibəsində bütün dünya gördü.

Azərbaycan bayrağı altında igid vətən övladlarımız döyüşdü. Qəhrəmanlarımız bu bayraq altında Şəhidlik zirvəsinə ucaldı. Müharibə dönəmində vətənimin  küçələri, evləri bu bayrağın rəngləri ilə bəzəndi. İndi isə Şanlı Azərbaycan Bayrağı Zəfər meydanlarında , Azad olunan Qarabağımızda dalğalanır.

Azərbaycan bayrağı tarix boyu əcdadlarimizin , Xalqımızın yazdığı Şanlı qəhrəmanlıq salnaməsinin sonuna atılan imzasıdır.

Bütün bunlara görə Azərbaycan bayrağı  Xalqımın qürur mənbəyidir.

 

Nəsimi rayon gənci

Əliyeva Rəfiqəxanım.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki