image-photo-2021-11-11-18-41-33backend

Azərbaycan Respublikasının Konsititusiyasının quruluş tarixi

image-reklam_sirab_01

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk konstitusiya 1995-ci il 12 noyabr tarixində qüvvəyə minib. Qeyd edək ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkənin tarixində dördüncü Konstitusiyadır.

Belə ki, Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni versiyası 1925-ci il martın 14-də və nəhayət 1978-ci ilin aprelin 21-də SSRİ tarixində son Konstitusiya qəbul olunur. Sonuncu qəbul edilən Konstitusiya da əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.

Müstəqil Azərbaycan dövləti qurulduqdan sonra Heydər Əliyevin rəhbərliyi altında 1995-ci ildə Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı və referendumda seçicilərin 86 faizi iştirak etdi. Onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Beləliklə də, Azərbaycan Konstitusiyası noyabrın 27-də hüquqi qüvvəyə mindi.

Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir və burada insan hüquq və azadlıqlarına geniş şəkildə yer verilmişdir.Bu da ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Sonradan isə ilk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

  1. Məcidova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki