Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrovun başçılığı ilə Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilir.<
Veteninfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
***
Bakıda Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında təkbətək görüş başlayıb.
Veteninfo.az xəbər verir ki, bu barədə XİN-in “Tvitter” səhifəsində məlumat verilib.
@AzerbaijanMFA
Nazir Ceyhun Bayramovun Rusiyalı həmkarı Sergey Lavrov ilə təkbətək görüşü başladı — A tête-à-tête meeting has started between the Foreign Minister @Bayramov_Jeyhun and his Russian counterpart Sergey Lavrov
Görüş zamanı nazirlər ikitərəfli əməkdaşlığın inkişafını, o cümlədən Qarabağda atəşkəs barədə üçtərəfli bəyanatın imzalanmasından sonra əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə edəcəklər.




























