image-56backend

“Azərbaycan Sənaye Korporasiyası”nın Müşahidə Şurasının iclası keçirilib

image-reklam_sirab_01

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının (MŞ) videokonfrans formatında növbəti iclası keçirilib.

Veteninfo.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, iclas MŞ-nın sədri, Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun iştirakı ilə baş tutub.

İclasda Korporasiyanın 2020-ci ilin yekunları üzrə kənar audit hesabatı, həmçinin qurumun əsas fəaliyyət istiqamətlərindən biri olan alüminium sənayesinin inkişaf perspektivləri və digər cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib, baş direktoru Kamran Nəbizadənin və digər vəzifəli şəxslərin məruzələri dinlənilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki