image-img-20210529-wa0036backend

Azərbaycan tarixinin unudulmaz səhifəsi—28May.

image-reklam_sirab_01

28 may hər bir azərbaycanlı üçün unudulmaz,mühüm gündür.1918-ci il 28May tarixində Azərbaycan Cümhuriyyəti qurulmuşdur.Bu o Cümhuriyyət idi ki,Şərqin ilk universitetini açmışdır,qadınları seçki hüququ vermişdir.Biz bu gün Cümhuriyyətimizin 103 ilini qeyd edirik.30 illik həsrətə son qoyduğumuz Qarabağ torpağında. 2021-ci il 28 May Cənab Prezident İlham Əliyevin Ağdam şəhərinə səfəri olmuşdur.Səfər zamanı Prezident 140il yaşı olan 1saylı məktəbin,Ağdam Sənaye Parkının təməlini qoymuşdur.Həmçinin Prezident Ağdam şəhərində aparılan bərpa-quruculuq işlərindən də bəhs etmişdir: “Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. Böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq – 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq.”
İşğaldan azad etdiyimiz torpaqlarda erməni vandalizminin izləri qalmaqdadır.Bütün bu vəhşiliklər 2-ci Qarabağ müharibəsi zamanı deyil,1-ci Qarabağ müharibəsindən sonrakı müddətdə edilmişdir.Ölkəmiz bu 30 il ərzində torpaqlarımızı müharibəsiz sülh yolu ilə geri qaytarmaq üçün əlindən gələni etmiş,lakin mənfur düşmən bunlarla razılaşmamışdır.44 gün içərisində biz düşmənə öz yerini bildirmiş,kimin nəyə qadir olduğunu bir daha sübut etmişik.Bütün Dünya 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın gücünü görmüşdür.Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək!

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki