image-img-20210602-wa0011backend

Azərbaycan, təhlükəsiz və sağlam dünyanın qurulması üçün bütün imkanlarını səfərbər etmişdir.

image-reklam_sirab_01

Ümumdünya Səhiyyə Assambleyasının 2021-ci il 31 may tarixində keçirilmiş 74-cü sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında bütün dünyanı cənginə alan COVİD-19 Pandemiyasının ilk günlərindən Azərbaycanın ciddi və təxirəsalınmaz, qabaqlayıcı tədbirlərindən məlumat verərək bildirdi ki, dövlətin pandemiya ilə mübarizə işinin effektiv təşkilinin nəticəsidir ki, ölkəmiz bu çətin mübarizədən də az itki verərək çıxmış və ən qürurvericisi Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırılmışdır.
Prezidentin Sərəncamı ilə 2020-ci ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmış, Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilmiş, testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır.
Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur.
Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır. Cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyası başlanıb və artıq 99,94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. Bu rəqəm əhalinin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir.
Bundan başqa Azərbaycan nəinki ölkə daxilində, həmçinin dünya əhalisinin də pandemiya ilə mübarizəsin dəstək məqsədilə humanitar təşəbbüslərlə müntəzəm olaraq çıxış etmişdir.
Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmişdir. 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələrinin və 42 beynəlxalq təşkilat nümayəndələrinin iştirak etdiyi Görüçdə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir.
Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü – 4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və QH-nin hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında video-konfransı təşkil olunmuşdur. Zirvə görüşündə Azərbaycan dövləti ehtiyacı olan ölkələrə yardım göstərilməsi vacibliyinin vurğulamışdır və bu istiqamətdə həyata keçiriləcək tədbirlərdə bilavasitə iştirakını qeyd etmişdir. Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Bu xüsusda, Azərbaycan inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırır.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir. Bununla yanaşı, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilmişdir.
Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pislədiyini qeyd etmiş və davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyin narahatlıq doğurduğunu xüsusi vurğulamışdır.
Dünyanı bürüyən pande¬miya bütün dövlətləri, cəmiyyətləri iqtisadiyyatların zəifləməsiilə və bir sıra problemlərlə üz-üzə qoydu. Azərbaycan Respublikası Pre-zidentinin bütünlükdə əhəmiyyətli və sistem¬li dinamikaya malik operativ, infeksiyanın qarşısının alınması istiqamətində görüdüyü tədbirlər xalqımızın ağır sınaqdan çıxardı və uğurla inkişaf edən Azərbaycanın da gələcək perspektivlərini müəyyənləşdirdi

118 saylı orta məktəbin direktor müavini Cəfərzadə Cavid Əli oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki