İSTAD Başkanı və TADEF Mətbuat Katibi Səfər Qaraqoyunlu Azərbaycan ünvanına səsləndirilən son tənqidlər fonunda diqqətçəkən açıqlama verib.
Vətəninfo.az-a açıqlamasında Səfər Qaraqoyunlu bildirib ki,keçmişdə Qarabağ işğalı və Xocalı soyqırımı zamanı göstərilməyən həssaslığın bu gün Azərbaycanın güclənməsi ilə birlikdə gündəmə gətirilməsini “ikili standart” kimi qiymətləndirilməlidir.
Qaraqoyunlu Azərbaycan-Ermənistan münaqişəsi zamanı baş verənlərin və Xocalıda mülki şəxslərin qətlə yetirilməsinin unudulmamalı olduğunu vurğulayaraq bildirib: “Dünən Azərbaycan torpaqları işğal edilərkən, Xocalıda mülki insanlar qətlə yetirilərkən göstərilməyən həssaslığın, bu gün Azərbaycanın güclənməsi qarşısında nümayiş etdirilməsi ikili standartdır.”
Qaraqoyunlu dövrün Ermənistan prezidenti Serj Sarkisyanın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışlarını xatırladaraq, həmin dövrdə beynəlxalq ictimaiyyətin fərqli reaksiyalarının bu gün də sorğulanmalı olduğunu ifadə edib.
Türkiyə, Azərbaycan və Özbəkistanın həyata keçirdiyi ortaq hərbi təlimə də toxunan Qaraqoyunlu hər bir dövlətin öz təhlükəsizlik anlayışı və milli maraqları çərçivəsində hərəkət etməsinin təbii olduğunu vurğulayıb: “Hər ölkənin öz qanunu, öz təhlükəsizlik anlayışı və öz milli maraqları vardır. Azərbaycanın güclənməsi Türkiyənin Türk Dünyası ilə əlaqələrinin və Mərkəzi Asiyaya açılan strateji xəttinin möhkəmlənməsi baxımından da böyük əhəmiyyət daşıyır.” Qaraqoyunlu Azərbaycana yönələn tənqidlərin Türkiyə-Azərbaycan əlaqələrindən ayrı qiymətləndirilə bilməyəcəyini müdafiə edərək mesajını belə davam etdirib: “Nə vaxt Azərbaycan güclənmə və inkişaf nümayiş etdirsə, Türkiyə-Azərbaycan əlaqələrinə zərər vurmaq istəyən müzakirələr gündəmə gəlir. Bu gün həyata keçirilməyə çalışılan qarayaxma kampaniyasının hədəfi yalnız Azərbaycan deyil; hədəf Türkiyə-Azərbaycan qardaşlığıdır.”
Qaraqoyunlu iki ölkə arasındakı bağın siyasi gündəmlərdən kənar tarix, mədəniyyət və ortaq dəyərlər təməlində formalaşdığını qeyd edərək sözlərini belə tamamlayıb: “Türkiyə-Azərbaycan qardaşlığı dünən qurulmuş bir münasibət deyil. Bu qardaşlıq tariximizin, mədəniyyətimizin və ortaq dəyərlərimizin əsəridir. Türk milləti bu qardaşlığa sahib çıxacaqdır”.
Vətəninfo.az


























