image-downloadbackend

Azərbaycana Qələbə qazandıran xalq-ordu birliyi.

image-reklam_sirab_01

Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan bu ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atdı, sentyabrın 27-də baş verənlər isə səbr kasasını daşıran son damla oldu. Vətən müharibəsi başlamışdı və bütün Azərbaycan bir neçə dəqiqənin içində cəbhəyə yollandı.. Hamının qəlbi Vətən üçün döyündü.

 

İllərdir uğruna tökülən qanlar, verilən canlar… artıq son həddə çatmışdı. İgidlərimiz heçnəyi düşünmədən irəli addımladı. Onların Vətənə olan sevgisi o qədər idi ki, heç nə onları fikrindən döndərə bilməzdi. Hər bir igid çağırış məntəqəsinə yollanıb, könüllü yazıldı, arxa cəbhədə olan əsgərlərimiz ., istər yaşı az, istər yeni əsgər olanlar ön cəbhədə vuruşmaq üçün əllərindən gələni etdilər.

Və ən arxa cəbhə … xalqımız. Yaşlı insanların öz təqaüdlərini orduya ödəməsi, xanımlarımızın toxuduğu isdi geyimlər, insanların əl birliyi ilə hazırladığı yeməklər, yolda əsgər maşını görüb arxasınca qaçıb nəsə yardım etmək isdəyən insanlar və s… Birlik..

Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü.

Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Prezident-Ordu-Xalq birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu.

Prezident İlham Əliyev hər dəfə yeni kənd və şəhərlərimizin işğaldan azad olunması xəbərini xalqa çatdıranda bu, insanlarda qələbəyə böyük ümid yaradırdı. Hətta azad olunmuş ərazilərdə bütün infrastrukturun dağıdılması belə xalqımızın qələbə əzminə təsir etmədi, indi onlar səbirsizliklə doğma torpağa qayıdacaqları günü gözləyirlər. Prezident İlham Əliyev həmişə deyirdi ki, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir. Bu gün döyüş meydanında baş verənlər Azərbaycan Prezidentinin uzaqgörənliyini, onun hadisələrə fərqli yanaşma bacarığını ortaya qoydu. Bu, həm də xalqın öz liderinə sonsuz inamının, ona etimadının təntənəsi idi.

Və qazandıq …

Bunun ən əsas səbəbi Vətənə olan sevgimiz və birliyimiz idi.Azərbaycan xalqı bu 44  günlük müharibədə həm gücünü, həm sevgisini , həmdə birliyini göstərdi … Bir yumruq kimi birləşib düşməni məhv etdi.!

 

Azərbaycan Dillər Universiteti

Orucova Fatimə Rafiq.

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki