“Biz əminik ki, amnistiya ilə bağlı qərar bu gündən qüvvəyə minəcək”.
Veteninfo.az-ın xəbərinə görə, bunu qərar layihəsini təqdim edən Milli Məclis sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
“Əminik ki, bu qərar deputatlarımız tərəfindən müsbət qarşılanacaq. Bununla da minlərlə şəxs azadlığa qovuşacaq”, – o əlavə edib.