Gəncə şəhərində və Ağdaş rayonunda 16 yaşlı iki qız ana olub.
Belə ki, şəhər sakini A.B. Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxanasında doğum edib.
16 yaşlı qız 2020-ci ildə ailə həyatı qurub.
Faktla bağlı araşdırma aparılır.
Ağdaş rayon sakini olan 16 yaşlı qız ana olub.
2006-cı il təvəllüdlü R.C. Göyçay Rayon Mərkəzi Xəstəxanasında uşaq dünyaya gətirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün Gəncə şəhərində də 16 yaşlı qızın ana olması barədə məlumat vermişdik.